Tramp “Exxon” şirkətindən narazıdır: “Çox hiyləgərdirlər”

saytların hazırlanması

Evə çatdırılma

Tramp “Exxon” şirkətindən narazıdır: “Çox hiyləgərdirlər”

Dünya

12 Yanvar 2026 12:20 321


Donald Tramp şirkətin baş direktoru Darren Vudsun ölkədə biznesin aparılmasına mane olan amillər barədə bəyanatından sonra “Exxon Mobil” şirkətinin Venesuelada qazma işlərini bloklaya bilər.

"Yeni Sabah" The Wall Street Journal-a istinadla xəbər verir ki, ABŞ Prezidenti jurnalistlərə bildirib:

“Yəqin ki, “Exxon” şirkətinin Venesuelaya buraxılmamasına dair qərar qəbul edəcəyəm”. Marqarita pizza

Ötən cümə günü Ağ Evdə ABŞ-nin aparıcı neft şirkətləri rəhbərlərinin Trampla görüşü zamanı Vuds ölkənin hüquq sistemində, karbohidrogen istehsalı qanunlarında və kommersiya strukturlarında əhəmiyyətli dəyişikliklər etmədən Venesuelanı “investisiya üçün yararsız” elan edib.

O bu dəyişikliklərin Tramp administrasiyası ilə Venesuela hökuməti arasında əməkdaşlıq yolu ilə həyata keçirilə biləcəyinə əminliyini bildirib.

“Onların reaksiyasını bəyənmədim. Çox hiyləgər davranırlar”, - Tramp Vudsun bəyanatını şərh edərkən bildirib.

O əlavə edib ki, digər şirkətlər də Venesuelaya investisiya qoymaq istəyirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!