Tramp İlham Əliyevə yenə məktub yazdı

saytların hazırlanması

Evə çatdırılma

Tramp İlham Əliyevə yenə məktub yazdı

Siyasət

29 May 2019 11:12 1104


Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İlham Əliyevə məktub ünvanlayıb.

“Yeni Sabah” xəbər verir ki, məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Dördpendirli pizza

Hörmətli cənab Prezident.

Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir.

Türkmənistan və Şərqi Aralıq dənizi hövsəsi ölkələri kimi digər potensial təhcizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır.

Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir.

Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram.

Səmimiyyətlə,

Donald Tramp

Amerika Birləşmiş Ştatlarının Prezidenti


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!