Tramp Qazaxıstan və Özbəkistan prezidentlərini G20 sammitinə dəvət etdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp Qazaxıstan və Özbəkistan prezidentlərini G20 sammitinə dəvət etdi

Dünya

23 Dekabr 2025 21:00 465


ABŞ Prezidenti Donald Tramp Qazaxıstan və Özbəkistan prezidentlərinin 2026-cı ildə Mayamidə keçiriləcək G20 sammitinə qonaq qismində iştirak etmək üçün dəvət olunacağını bəyan edib.

"Yeni Sabah" xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə məlumatı "Truth Social" sosial şəbəkəsində verib.

"Bu gün səhər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə çox gözəl iki telefon danışığım oldu. Biz davam edən münaqişələrdə sülhə nail olmağın vacibliyini, həmçinin ölkələrimiz arasında artan ticarət və əməkdaşlığı müzakirə etdik. Ölkələrimiz arasındakı münasibətlər çox yaxşıdır", - deyə Tramp bildirib. pizza hut

"Gələn il ABŞ G20 sammitinə ev sahibliyi edəcək və hər iki liderə Mayamidə baş tutacaq bu mühüm tədbirdə qonaq qismində bizə qoşulmaq üçün dəvət göndərəcəyik", - deyə paylaşımda vurğulanıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!