ABŞ Prezidenti Donald Tramp Venesuelanın müxalif siyasətçisi Mariya Korina Maçadonu Venesuelanın növbəti prezidenti kimi dəstəkləməyib, çünki o, Nobel Sülh Mükafatını ona verməkdən imtina edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Washington Post" yazıb.
Nəşr Ağ Evə yaxın 2 mənbəyə istinadən qeyd edib: “Prezidentin Maçadonun mövqeyini gücləndirməkdə maraqlı olmaması, son vaxtlar Trampa yaltaqlanmaq cəhdlərinə baxmayaraq, onun Nobel Sülh Mükafatını – prezidentin açıq şəkildə arzuladığı mükafatı qəbul etmək qərarı ilə əlaqələndirilir”. pizza sifarişi
Mənbənin sözlərinə görə, “Maçado sonda mükafatı Trampa həsr etdiyini bildirsə də, onun mükafatı qəbul etməyə razılığı “ölümcül günah” idi”.
“Əgər o, imtina edib “Mən bunu qəbul edə bilmərəm, çünki bu, Donald Trampa aiddir” desəydi, bu gün Venesuelanın prezidenti olacaqdı”, - mənbə əlavə edib.
Tramp daha əvvəl vətəndaşların onu dəstəkləmədiyi üçün Maçadonun ölkəyə rəhbərlik edə bilməyəcəyi ilə bağlı fikir bildirib.
"Onun lider olması çətin olacaq, çünki ölkə daxilində dəstək və hörmət yoxdur. O, çox gözəl qadındır, lakin ona hörmət edilmir", - Tramp deyib.
2025-ci ildə Maçado "Venesuela xalqı üçün demokratik dəyərləri inkişaf etdirən və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçid üçün mübarizə aparan yorulmaz fəaliyyətinə görə" Nobel Sülh Mükafatını alıb.
Yanvarın 3-də ABŞ ordusu Venesuelaya qarşı hücuma keçərək, prezident Nikolas Maduronu və xanımını əsir götürüb.
Telegram kanalımız