“Tramp Yolu”nun inşası nə vaxt başlaycaq? – XİN açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Tramp Yolu”nun inşası nə vaxt başlaycaq? – XİN açıqladı

Dünya

25 Dekabr 2025 11:10 299


Tramp Marşrutu Layihəsinin (TRIPP) praktiki icra mərhələsi, o cümlədən tikintinin başlanması 2026-cı ilə planlaşdırılır.

"Yeni sabah" sputnik armenia-ya istinadla xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik aydınlaşdırıb ki, Ermənistan "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu" layihəsinin hüquqi bazası və tənzimləmə mexanizmlərini hazırlamaq üçün amerikalı tərəfdaşlarla intensiv danışıqlar aparır. pizza mizza

Ermənistan-Amerika birgə müəssisəsi olan TRIPP şirkəti Ermənistanda qeydiyyatdan keçəcək və lazımi infrastrukturun, o cümlədən dəmir yolları və avtomobil yolları, neft və qaz kəmərləri, fiber-optik kommunikasiya xətlərinin inkişaf etdirilməsi səlahiyyətinə malik olacaq.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bundan əvvəl də eyni vaxt çərçivəsini göstərmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!