ABŞ Prezidenti Donald Tramp hantavirusla bağlı vəziyyətin "çox yaxşı nəzarətdə" olduğunu bəyan edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb.
"Görünür, vəziyyətə çox yaxşı nəzarət edirik", - deyə dövlət başçısı bildirib. O əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı bu virusu "çox yaxşı tanıyır". Sezar pizza
Donald Tramp vurğulayıb ki, hantavirus "COVID-19"dan fərqli olaraq asanlıqla yayılmır.
Xatırladaq ki, mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Argentinadan Kabo-Verdeyə Atlantik okeanı üzərindən hərəkət edən Niderlandın "MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı məlumat yayıb.
Məlumata görə, indiyədək doqquz yoluxma halı təsdiqlənib və onlardan üçü ölüm ilə nəticələnib./Oxu.az
Telegram kanalımız