Bibərin niyə acı olması sadəcə dad məsələsi deyil. Onun tərkibindəki kapsaisin maddəsi təbiətin qurduğu incə və ağıllı bir seçmə mexanizminin nəticəsidir.
Bəs bibər niyə acıdır?
“Yeni Sabah” xəbər verir ki, bibərin içində olan kapsaisin maddəsi məməlilərdə güclü yanma hissi yaradır. İnsanlar və digər məməlilər bibər yedikdə ağızda və boğazda kəskin istilik və narahatlıq hiss edirlər. Bu isə bitki üçün təsadüfi deyil, əksinə qoruyucu mexanizmdir. Toyuqlu pizza
Lakin quşlarda vəziyyət tam fərqlidir. Onların sinir sistemində kapsaisini qəbul edən reseptorlar məməlilərdən fərqli işləyir. Buna görə də quşlar həmin “yanma” hissini demək olar ki, yaşamırlar. Onlar üçün bibər sadəcə qidadır, ağrılı təcrübə deyil.
Fərq yalnız dadla məhdudlaşmır.
Məməlilər bibəri yeyərkən toxumları çeynəyir və çox vaxt onları məhv edirlər. Bu isə bitkinin çoxalmasına mane olur. Quşlar isə bibəri bütöv udur, toxumlara zərər vermir. Daha sonra kilometrlərlə uzağa uçaraq həmin toxumları təbiətə geri qaytarırlar. Beləliklə, bibər öz nəslini yaymaq üçün ən uyğun “daşıyıcını” seçmiş olur.
Deməli, acılıq sadəcə müdafiə vasitəsi deyil. O, eyni zamanda ağıllı şəkildə qurulmuş təbii bir strategiyadır. Təbiət bu mexanizmlə həm özünü qoruyur, həm də davamlılığını təmin edir.
Aydan Hacı
Telegram kanalımız