Rusiya Prezidenti Vladimir Putin dəfələrlə ukraynalı həmkarı Vladimir Zelenskini Moskvada qəbul etməyə hazır olduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Məlumata görə, Uşakov Zelenskini mesajları çox sayda vasitəçi ilə deyil, birbaşa Moskvaya zəng edərək çatdırmağa çağırıb. Dominos pizza
“Əgər deməyə sözü varsa, birbaşa əlaqə saxlasın. Yoxsa deyilənlər havada qalır. Kremlin bu gün keçirilən görüşündə Slovakiyanın Baş naziri Robert Fitso Putinə Zelenski ilə danışıqların məzmunu barədə məlumat versə də, Ukrayna prezidentindən hər hansı xüsusi mesaj çatdırmayıb”, - Uşakov bildirib./Axar.az
Telegram kanalımız