Trampın köməkçisi Qarabağ münaqişəsini müzakirə edib

saytların hazırlanması

Evə çatdırılma

Trampın köməkçisi Qarabağ münaqişəsini müzakirə edib

Siyasət

16 May 2019 11:46 1032


ABŞ prezidenti Donald Trampın xüsusi işlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının baş direktoru, Rusiya məsələləri və Avrasiya Şurasının milli təhlükəsizliyi üzrə direktoru Fiona Hill Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

"Yeni Sabah" rus mediasına istinadən xəbər verir ki, məlumatı Ermənistanın Təhlükəsizlik Şurası yayıb.

Vaşinqtonda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunub. Tərəflər münaqişənin dinc yolla həllinin vacibliyini vurğulayıblar. Dördpendirli pizza

Görüşdə ABŞ-ın Ermənistana sərmayə və maliyyə dəstəyi göstərməsi məsələsi də müzakirə edilib. 

Qeyd edək ki, ABŞ-ın Yerevandakı səfiri Linn Treysi Ermənistanın baş naziri Nikol Paşinyanın anti-Amerika bəyanatlarından narazı qaldığını bildirmişdi. L.Treysi ABŞ-ın son 28 ildə Ermənistana 2 milyard dollara yaxın sərmayə qoyduğunu qeyd etmişdi.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!