Türkiyədə Sisi ləqəbi ilə tanınan trans Seyhan Soylu biznesmen Fəxri Yazıçı ilə ailə qurub.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Seyhan 35 yaşlı biznesmenlə islam qaydalarına uyğun şəkildə evlənib. Belə ki, cütlüyün kəbini kəsilmədən əvvəl evdə "Quran" oxunub və dini rituallar yerinə yetirilib.
3-cü dəfə ailə həyatı quran Sisi bundan sonra mühafizəkar həyat tərzi keçirəcəyini bildirib: Pepperoni pizza
“Keçmişdə yetərincə çılğınlıq etmişəm, evlilik isə məsuliyyət tələb edir. Artıq dayanmaq və sakit həyat keçirmək lazımdır. Həmişə islam qaydaları ilə evlənməyin xəyalını qurmuşam. Allah qəlbimə görə verdi”.
Qeyd edək ki, 43 yaşlı Seyhan illər öncə cinsiyyət dəyişdirmə əməliyyatı keçirib.
Telegram kanalımız