TRİPP-də ən böyük səhm ABŞ-yə məxsus olacaq - Mirzoyan

saytların hazırlanması

Evə çatdırılma

TRİPP-də ən böyük səhm ABŞ-yə məxsus olacaq - Mirzoyan

Dünya

14 Yanvar 2026 12:12 292


ABŞ TRIPP səhmlərinin 74%-nə sahib olacaq, Ermənistan Respublikası isə 26%-ni saxlayacaq.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bunu mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu bölgünü ədalətli hesab edir. Pepperoni pizza

"Bu, danışıqların nəticəsidir və ölkələrin investisiyalarını əks etdirir. ABŞ əhəmiyyətli investisiyalar yatıracaq. Ermənistanın investisiya qoyduğu əsas şey tikinti hüququdur. Bu, kifayət qədər ədalətli bölgüdür. Söhbət növbəti 49 ildən gedir, bundan sonra səhmdarlıqlar dəyişəcək və demək olar ki, bərabərləşəcək", - Mirzoyan deyib.

Nazirin sözlərinə görə, 49 ildən sonra tərəfdaşlığın daha 50 il uzadılması və Ermənistan hökumətinin payının 49%-ə qədər artırılması gözlənilir.

Xatırladaq ki, yanvarın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Trampın Beynəlxalq Sülh və Rifah Yol Xəritəsi (TRIPP) layihəsinin həyata keçirilməsi üçün çərçivəni açıqlamaq məqsədilə Vaşinqtonda görüş keçiriblər. Bu sənəd, 8 avqust 2025-ci ildə Ağ Evdə Cənubi Qafqazda davamlı sülhün təşviq edilməsinə yönəlmiş öhdəliklərin yerinə yetirilməsi istiqamətində yeni bir addımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!