“Tubzon”un məşhur rəisi işdən çıxarıldı -   Səbəb 

saytların hazırlanması

Evə çatdırılma

“Tubzon”un məşhur rəisi işdən çıxarıldı - Səbəb 

Kriminal

06 Mart 2020 14:21 14852


Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovniki Nizami Quliyev təqaüdə göndərilib.

“Yenisabah”ın əldə etdiyi məlumata görə, “Tubzon” kimi tanınan müəssisənin rəisi Nizami Quliyev 18 ildi ki, bu vəzifədə çalışırdı. 

Qeyd edək ki, bu cəzaçəkmə müəssisəsinə müalicə alan məhkumlardan çox rejim qaydalarını pozan məhkumlar göndərilirdi.  pizza hut

Sabiq rəis Nizami Quliyevlə bağlı bir çox iddialar səsləndirilib. Hətta onun 200 məhbusun ölümündə müqəssir olduğu bildirilirdi. Təxminən 1 il qabaq Nizami Quliyev mətbuata açıqlamasında bildirmişdi ki, yaxın zamanlarda təqaüdə çıxacaq və bu informasiyanı yayan media orqanını 100 min manat “yükləyəcək”. 

6 il bundan öncə Nizami Quliyev “ Zerkalo” qəzetini yalan informasiya yazmaqda ittiham edərək, məhkəməyə verib və qəzetin 70 min manat cərimələnməsinə nail olub. Sonra Ədliyyə nazirinin xahişi ilə təzminatdan imtina edib. 

Onu da qeyd edək ki, Nizami Quliyev dövlət tərəfindən bir çox fəxri-fərmanlar, orden və medallarla təltif edilib. 

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Mehman Sadıqov Yenisabah.az-a açıqlamasında Nizami Quliyevin 3 saylı İxtisaslaşdırılmış Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsindən çıxarılmasını təsdiq etsə də, təqaüdə göndərilməsi ilə bağlı hər hansı bir əmrin olmadığını bildirdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!