Tulin Ələkbərova yumruğa görə cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Tulin Ələkbərova yumruğa görə cəzalandırıldı

Kriminal

30 İyul 2025 12:04 1664


Xuliqanlıqda ittiham olunan kikboksçu Tulin Ələkbərovanın mühakiməsi başa çatıb.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən son iclasda hökm açıqlanıb.

Tulin kafelərdən birində mübahisə etdiyi həmcinsinə yumruqla xəsarət yetirməkdə ittiham olunub. Zərərçəkmişin şikayəti əsasında kikboksçu cinayət məsuliyyətinə cəlb edilib. Toyuqlu pizza

Bu əməlinə görə Tulinə 2 ilə kimi həbs cəzası nəzərdə tutulsa da, yumşaldıcı hallar vəziyyəti dəyişib.

Nəticədə hakim Gültəkin Əsədova kikboksçu ilə bağlı həbs qərarı çıxarmayıb. Tulinə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Onun üzərinə cihazın işləkliyinə nəzarət və digər qaydalara əməl etmək öhdəliyi qoyulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!