Tullantılarla bağlı görüş keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Tullantılarla bağlı görüş keçirildi

Sosial

28 Mart 2019 19:49 840


Ekologiya və Təbii Sərvətlər və İqtisadiyyat Nazirliklərinin təşkilatçılığı ilə bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı növbəti görüş Şirvan, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonları üzrə maraqlı tərəflərin iştirakı ilə Şirvan şəhərində keçirilib.

“Yeni Sabah” xəbər verir ki, yerli idarəetmə orqanları nümayəndələrinin və sahibkarların iştirak etdiyi görüşdə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019–2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş təqdimat keçirilib. Daha sonra bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş strateji sənədlər və fəaliyyət istiqamətləri müzakirə olunub.

  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!