Tünzalə Ağayeva ABŞ-də - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Tünzalə Ağayeva ABŞ-də - VİDEO

Şou

14 May 2025 12:52 298


Xalq artisti Tünzalə Ağayeva Amerika Birləşmiş Ştatlarına yollanıb.

Yenisabah.az xəbər verir ki, buna səbəb işgüzar səfərdir. Pop ulduz 20 gün ərzində müxtəlif rəsmi görüşlərdə iştirak edəcək, eyni zamanda mədəniyyət mərkəzlərinin, təhsil ocaqlarının qonağı olub onların musiqiçiləri ilə yaxından tanış olub fikir mübadiləsi aparacaq. 

Sevilən müğənni ilk olaraq Vaşınqtona gedib. Maraqlı anlar yaşayan estrada ulduzu şəhər gəzintisindən ləntə alınan görüntülərini şəxsi “İnstagram” hesabında paylaşıb. Sənətçi “Parlament binası”nı, Vaşınqtonun küçələrini göstərib.   pizza

Ağayeva paylaşımına “Vaşinqtonda günəşli gün” rəyini yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!