“Son günlər Azərbaycan futbolunda böyük rezonans doğuran hadisə baş verib. Bir iş adamı böyük vəsait sərf edərək “Turan Tovuz” klubuna dəstək göstərir, komandanın inkişafına töhfə verir və nəticədə klub ölkə çempionatında yüksək nəticə əldə edir. Lakin sonradan məlum olur ki, komanda əvvəlki dövrlərdən qalan müəyyən sanksiyalar səbəbindən Avropa turnirlərində iştirak edə bilməyəcək”.
“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin iyunun 5-də keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Fazil Mustafa deyib.
O vurğulayıb ki, mətbuatda yayılan məlumatlara görə, bu barədə əvvəlcədən kluba lazımi məlumat verilməyib: Dominos pizza
“Bu cür hallar ciddi suallar doğurur. Çünki "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun 2.1.8-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini həyata keçirən qeyri-dövlət qurumlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər də korrupsiya hüquqpozmasının subyekti hesab edilə bilərlər. Belə vəziyyətlərdə şəffaflıq və hesabatlılıq təmin olunmalıdır. Çünki bir iş adamı böyük maliyyə vəsaiti sərf edir, komandanın inkişafına dəstək verir, bölgədə idman həyatının canlanmasına töhfə verir. Əgər sonradan bu cür problemlərlə qarşılaşırsa, gələcəkdə başqa şəxslərin də idmana investisiya yatırmaq həvəsi azala bilər. Bu məsələlərə yalnız formal yanaşmaq olmaz. Məsələlərə sistemli şəkildə baxılmalıdır. İdmanda uğurun əldə olunması üçün peşəkar idarəetmə, şəffaflıq və məsuliyyət əsas şərtlərdir. Səlahiyyətli və peşəkar şəxslər iş başında olduqda yüksək nəticələr əldə etmək mümkündür”.
Nazim Hacıyev
Telegram kanalımız