Türk dünyasından olan doktorantlar Dənizlidə ölkələrini tanıtdılar - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Türk dünyasından olan doktorantlar Dənizlidə ölkələrini tanıtdılar - Fotolar

Maraqlı

11 Yanvar 2024 18:44 851


Türkiyənin Dənizli şəhəridə yerləşən Necla-Ərqun Abalıoğlu Peşə və Texniki Anadolu Liseyində “Türk dünyasından əsintilər” adlı tədbir təşkil edilib.

Yenisabah.az Yenicag.az-a istinadən xəbər verir ki, Türkiyə Milli Təhsil Nazirliyinin “Dilimizin zənginlikləri layihəsi” çərçivəsində təşkil olunan tədbiri açıq elan edən liseyin direktoru Adəm Özəl qonaqları salamlayaraq türk respublikalarına şagirdlərin böyük maraq duyduğunu vurğulayıb.

Direktor qeyd edib ki, Milli Təhsil Nazirliyinin “Dilimizin zənginlikləri layihəsi” şagirdlərin türk dilinin incəliklərinə bələd olmaları baxımından önəm kəsb edir və onlara mədəni yaddaşı oyandırmaq, düşüncə dünyalarını genişləndirmək imkanları tanıyır. Sezar pizza

Tədbirə moderotorluq edən Pamuqqala Univeristetinin professoru Fərhad Ağırman böyük Türküstan coğrafiyasının türk düşüncə tarixində tutduğu yerdən danışıb, Orta Asiya coğrafi bölgüsünün əvəzinə Türküstan sözünün işlədilməsinin önəminə diqqət çəkib.

Daha sonra univeristetin Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının doktorantları Akmaral Şeyşenbekova Qırğızıstan, Feyzulla Töltay Qazaxıstan, Aqil Bəkir Azərbaycan, Danis Kısmatullin Tatarıstan, Kərimullah Oygək Güney Türküstanın tarixi, mədəniyyəti haqqında geniş təqdimatla çıxış edib, ölkələri haqqında maraqlı faktları iştirakçılarla bölüşüblər.

Çıxışlardan sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Oğuz Qalxan ud və ney ilə türk dünyasına aid musiqi əsərlərini ifa edib.

Sonda iştirakçılara lisey direktoru tərəfindən təşəkkürnamə təqdim edilib və xatrə fotosu çəkdirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!