Türk klubu futbolçumuza görə sanksiyaya məruz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Türk klubu futbolçumuza görə sanksiyaya məruz qaldı

İdman

13 Yanvar 2025 17:42 367


Türkiyənin 6 klubuna FİFA trəfindən transfer qadağası qoyulub.

Yenisabah.az xəbər verir ki, bu klublardan biri olan "Hatayspor" Azərbaycan millisinin futbolçusu Renat Dadaşova görə cəzalandırılıb.

O, ötən mövsüm icarə əsasında Superliqa klubunda çıxış edib. "Hatayspor" Renatın transferində öhdəliklərini yerinə yetirmədiyinə görə 2 mövsümlük transfer qadağası ilə üzləşib. pizza mizza

Klub İdman Arbitraj Məhkəməsinə müraciət edəndən sonra müsbət cavab alınsa, transfer işində maneə qalmayacaq.

Türkiyə klublarından "Adana Demirspor" (2), "Antalyaspor" (2), "Eyüpspor" (3), "Kayserispor" (3) və "Samsunspor" (2) da transferi qadağası ilə üzləşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!