“Türk mallarına qoyulan embarqonun müddəti uzadılsın“   - Erməni nazir

saytların hazırlanması

Evə çatdırılma

“Türk mallarına qoyulan embarqonun müddəti uzadılsın“ - Erməni nazir

Rəsmi

14 Yanvar 2021 15:03 1309


Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan hökumətin  bu gün baş tutan iclasından sonra Türk mallarının idxalına qoyulan embarqo müddətinin uzadılmalı olduğunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, nazir bu addımın ilk növbədə yerli istehsalçıları qorumaq üçün atılmalı olduğunu vurğulayıb. “Qərar keçilməz əngəllərlə rastlaşmadığımız müddətcə qüvvədə qalmalıdır”,-deyə o əlavə edib.

Xatırladaq ki, Türk mallarına Ermənistan tərəfindən 6 aylıq qoyulan embarqo qərarı 2020-ci ilin oktyabrında verilib və 2021-ci il yanvarın 1-də qüvvəyə minib. Bundan əvvəl Ermənistan hər il Türkiyədən təxminən 250-270 milyon dollar dəyərində mal idxal edirdi. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!