Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Pərvin Əliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
yenisaba.az Pravda-ya istinadla xəbər verir ki, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilib. Pərvin Əliyev barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal həbsdən azad olunub. pizza mizza
İttihama görə, 1989-cu il təvəllüdlü Pərvin Əliyev tanışı, Türkiyə vətəndaşı Bülənt Əhməd oğlunun Sumqayıt şəhəri ərazisində mobil telefon mağazası açıb işlətmək istədiyini bilərək, şəxsi əlaqələrindən istifadə edib, onu müxtəlif markalı mobil telefonlarla təmin edəcəyi və bunun üçün 55 000 manat pul tələb olunduğu barədə yalan məlumat verib aldadıb. O, həmin şəxsdən qeyd olunan pulu dələduzluq yolu ilə ələ keçirib.
Pərvin Əliyev ifadəsində özünü təqsirli bilmədiyini, Bülentdən 20 000 manat pulu Ağstafa rayonunda yerləşən telefon mağazasına əlavə mal gətirmək və o, istəyəndə ona daha çox telefon göndərmək üçün alıb. Bundan sonra mağazasına 10 000 manatlıq mal gətirdib, 10 000 manatı əlində saxlayaraq 3 ay sonra Bülentin özünə qaytarıb.
Pərvin qeyd edib ki, götürdüyü 20 000 manat puldan tutulana qədər Bülentə 10 800 manat pul və 1 560 manatlıq telefon verib. Pulun qalanını ödəyə bilməməsinin səbəbi isə pandemiya düşməsi və karantin rejimi ilə bağlı alverinin dayanması olub.
Telegram kanalımız