Türk vətəndaşını Sumqayıtda işlədib pulunu vermirlər –   17 min avroluq tələb

saytların hazırlanması

Evə çatdırılma

Türk vətəndaşını Sumqayıtda işlədib pulunu vermirlər – 17 min avroluq tələb

Sosial

29 May 2019 08:34 1592


Azərbaycanda Türkiyə şirkətində çalışmış  Mehmet Çalışırın öz soydaşları tərəfindən haqları tapdlanıb.

Bu barədə “Yeni Sabah”a bildirən şikayətçi qeyd edib ki, Sumqayıtda fəaliyyət göstərən , 1 ilə yaxın işlədiyi “Üstay” şirkətindən narazıdır. Belə ki, Mehmet Çalışır  türk şirkəti olan  “Üstay”ın rəhbər işçiləri tərəfindən əmək hüquqlarının tapdalanmasını və onlar tərəfindən ona çatacaq əməkhaqqının mənimsənilməsini qeyd edib.

12 ildir Azərbaycanda yaşayan Mehmet Çalışır azərbaycanlı xanımla evlidir və 3 qız övladı var. Mehmet Çalışırın dediyinə görə, onu “Üstay Yapı Taahhüt və Ticarət Anonim” şirkətinin   Azərbaycanda, Sumqayıt şəhərində fəaliyyət göstərən şirkətinə işə Şevqet Yıldız adlı soydaşı dəvət edib.  pizza hut

Qeyd edək ki, “Üstay” şirkəti, Technip FMC tərəfindən götürülən, "Azərikimya” İB-nin Etilen-polietilen zavodu üçün  "EP-300” layihəsi çərçivəsində görüləcək tikinti işlərinin tenderini qazanıb və  “SOCAR Polymer” in müxtəlif  sifarişlərini  müqavilə əsasında yerinə yetirib. O cümlədən boru xətti çəkmək və onları boyamaq işlərini həyata keçirir. Bu layihənin rəhbəri isə Musa Kırıcı olub:

“Məni “Üstay”ya dəvət edəndə vəd verdi ki, sən  minimum 1500-2000 manat arası maaş alacaqsan”,-  deyə Mehmet Çalışır bildirib. Amma sonradan ona aydın olub ki, onu aldadıblar. Belə ki, realda ona ilk vaxtlar 700, son iki ayda isə cəmi 800 manat maaş verilib ki, onun da 500 manatı Paşa Bank-ın kartına küçürülüb, 300 manatı isə ələ verilib:

“Həyat yoldaşım  ağır şəkər xəstəsi olduğundan (hər gün insulin vurur), üstəlik bir böyrəyi  “otkaz”  etdiyindən, mənə verilən maaş onun müalicəsinə çəkilən və ailənin xərclərini ödəməyə çatmırdı. Halbuki Tükiyə qanunları ilə mən işçi kimi “vizion” qrupunda olduğumdan 1600 evrodan aşağı maaş ala bilməzdim. Yəni “Üstay” şirkətinin Sumqayıtdakı layihə rəhbərliyi bunu bildikləri halda, mənim haqqımı yeyiblər və hüquqlarımı tapdalayıblar, mənə qarşı  qeyri-insani və qanunsuz davranıblar. Bununla onlar Azərbaycanda olan Əmək Məcəlləsinin də qanunlarını kobud şəkildə pozublar”.

M.Çalışırın sözlərinə görə, onun kimi türk işçi statusunda olanlara, hətta  fəhlələr də ondan qat-qat çox maaş alıb:

“Mənim kimi  “Üstay”da Azərbaycan vətəndaşı olan xanımlarla evli olan  6 türk vətəndaşı da var idi ki, onlara məndən fərqli olaraq  yüksək maaş veriblər. Burada  eyni işdə işləyən azərbaycanlı işçilər, qaynaqçılar, boyaçılar saatı 7 manata işlədikləri halda, mənə onlardan da az əmək haqqı veriblər. Üstəlik məni stabil saat hesablı maaşla ilə işlətdikləri halda iş saatından əlavə işlədiyimiz saatlara görə mənə əlavə pul yazılmayıb.

Halbuki əlavə iş saatlarına görə mənə stabil maaşdan - 800 manatdan əlavə 500 manat pul verilməli idi. Mən artıq 6 saat iş saatımdan sonra əlavə işləyirdim. Buna görə mənə 1 qəpik də pul yazmırdılar. Halbuki idarə rəhbərini əlinin altında 6 nəfər saat hesabı əmək haqqı ilə işləyən işçilər olurdu. Üstəlik mənim kimi  işçilərin əksəriyyəti qanunsuz olaraq əmək müqaviləsiz işlədilib. Ümumiyyətlə  “Üstay”ın burada çalışan işçilərinin əmək hüquqları te-tez  pozulub. Məsələn, “Üstay” da işləyən soydaşlarımdan birinin iş qəzası nəticəsində ayağı qırıldı, amma onun maaşını, təzminatını vermədilər. Baxmayaraq ki, o  əmək müfəttişliyinə şikayət etdi.

Əksəriyyət “Üstay” da mənim kimi müqaviləsiz işləyib  və təbii ki, mənim kimi çoxlarının sosial sığorta kartı olmayıb. Mən may ayında “Üstay”da işə düzəldim, bu ilin aprelində isə mənə əvvəlkindən də cüzi maaş  vermək istədiklərinə görə , oradan çıxmaq məcburiyyətində qaldım. 

Mən “Üstay”ın idarə rəhbərinə, Şevqet Yıldıza işə düzələrkən qabaqcadan demişdim ki, mənim həyat yoldaşım ağır şəkər xəstəsidir və ona hər gün insulin vurulması və ona qulluq etmək üşün  mənim işdə gec qalmamağım lazımdır. Amma çox vaxt  olurdu ki, məni saat beşdən axşam saat 3-cən işdə saxlayıblar. Amma bu adamaların elə bil mənimlə şəxsi-qərəzliyi var. İşə düzələndə mən soruşdum ki, “niyə bu qədər belə az maaş verirsiz?”, Şevqet Yıldız dedi ki, sonra qaydasına düşəcək. Bu minvalla məni 1 ilə yaxın başımı aldatdılar ki, bəs bu ay düzələcək, gələn aydan düzələcək. Mənim pula ehtiyacım olmağımdan süni surətdə istifadə etdilər”.

M.Çalışır qeyd edib ki, boru boyaçısı kimi işə qəbul olunsa da, sonradan ona soyunub-geyinmə yerində nəzarətçi olacağını bildiriblər:

“11 ay “Üstay”ın 700 işçisi olan yerdə nəzatərçi vəzifəsində işlədim. “Üstay”ın Sumqayıtdakı şirkətindəki idarə rəhbəri İsmayıl Akay bir gün mənə dedi ki, sən açarları qarışdırmısan və məni haqsız yerə ittiham etdi, işdən çıxartmaqla hədələdi. Mən ona bildirdim ki,”mən işçilərin şkaflarına nəzarət edirəm, açarlar, kompüter sistemi də sənin nəzarətindədir”. 

Onlar məni işin öhdəsindən gəlməməkdə ittiham edə bilməzdi, çünki işimi şox məsuliyyətlə yerinə yetirirdim. 2018-ci ildə hətta özləri təhlükəsiz və alqışa layiq iş bacarığına görə məni təşəkkürnamə ilə də təltif ediblər. Nədən mən birdən-birə pis oldum?!

Bu cavabdan sonra İsmayıl Akay məni ağır ifadələrlə təhqir etməyə başladı. Bu adamdan ümumiyyətlə “Üstay”da xoşu gələn insan yoxdur. Bundan başqa o məni çox zaman mənə aid olmayan işləri gördürməyə çalışırdı . 

Maaşımın  həddən artıq az verilməsi ilə bağlı Əmək Müfəttişliyinə şikayətdən sonra məni Hakan adlı adamları ilə 6 ay işlədiyim "SOCAR-Polymer”dən başqa yerə, özlərinin təbiri ilə desək cəhənnəmə-Yaşıldərə adlanan ərazidəki Qubadlı icra hakimiyyətinə aid zavodda işləməyə cəza kimi göndərdilər. 100 nəfərin işlədiyi bu zavodda iş şəraiti  daha pis idi, amma mən eyni maaşı alırdım. 5 ay da orada nəzarətçi kimi işlədim.

Yaşıldərədə iş qurtarandan sonra layihə rəhbərinin yardımçısı, ikinci adam olan Nurdoğan bəy mənə dedi ki, sənin maaşını 475 manata salırıq. Bu pulla ailəmi dolandırım, kirayə pulunu verim, yoxsa dərman alım?!

Bu maaşa təbii ki, razı olmadım və işdən çıxdım. Amma mən haqqımı tələb edirəm. Bununla əlaqədar «Üstay”ın  Sumqayıtdakı layihə rəhbəri Musa Kırıcıya, Türkiyənin Azərbaycandakı səfirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə də şikayət etmişəm. Əmək Müfəttişliyində mənin şikayətimin haqlı olmasını təsdiqlədilər və soruşdular ki, niyə ən azı 1600 -1800 avro maaş almalı olduğum halda mənə 700-800 manat maaş veriblər?! Amma orada da bildirdilər ki, biz müdaxilə edə bilmərik. Mənə qarşı edilən bu haqsızlıqlarla mən barışmıram şirkətindən mənim haqqımı – mənə verilməyən 17 min avromu tələb edirəm. Onlar mənim haqqımı mənimsəyiblər. Türkiyə  və Azərbaycan dövlətindən xahiş edirəm mənim haqlarımın təmin edilməsində yardımçı olsunlar”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!