Türkiyə Azərbaycana başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Azərbaycana başsağlığı verdi

Maraqlı

30 Noyabr 2021 14:30 710


Türkiyə Müdafiə Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı nazirliyin rəsmi Tviter hesabında paylaşım edilib.

Paylaşımda deyilir: pizza

"Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya düşməsi xəbərini kədərlə öyrəndik. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyir, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı və səbr diləyirik”.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Rəsmi məlumata görə, qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!