Türkiyədən Azərbaycan və Ermənistana mühüm çağırış - BƏYANAT

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədən Azərbaycan və Ermənistana mühüm çağırış - BƏYANAT

Siyasət

29 May 2024 10:06 1342


Türkiyə Təhlükəsizlik Şurası Bakı ilə İrəvan arasında danışıqlarda müsbət irəliləyişin sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracağını gözləyir.

Yenisabah.az xəbər veir ki, bu barədə Türkiyə Təhlükəsizlik Şurasının ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən iclasının yekunları üzrə qəbul edilmiş bəyanatda deyilir.

“Biz Azərbaycan və Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin sülh sazişinə gətirib çıxaracağına ümid etdiyimizi bir daha vurğuladıq və davamlı sülhün bərqərar olmasına yönəlmiş bütün xoşməramlı səyləri dəstəklədik”, - deyə bəyanatda vurğulanır. Pepperoni pizza

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edib ki, Ankara mayın 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların davam etdirilməsi ilə bağlı əldə olunmuş razılaşmaları alqışlayır.

Ankara dəfələrlə bəyan edib ki, Bakı ilə İrəvan arasında 2022-ci ildən müzakirə olunan sülh müqaviləsinin bağlanması Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına kömək edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!