“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib.
Müdafiə Nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, təlimlər sentyabrın 2-dən 16-dək keçiriləcək. Dominos pizza
Telegram kanalımız