Türkiyə ilə sərhəd yayadək açılacaq - Mirzoyan

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə ilə sərhəd yayadək açılacaq - Mirzoyan

Rəsmi

24 Mart 2023 17:17 1070


“Ermənistan və Türkiyə turizm mövsümü başlamazdan əvvəl üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması barədə razılığa gəliblər”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə fəal iş aparılır. Dominos pizza

Ankara və İrəvan ötən ilin iyulunda quru sərhədin ən qısa zamanda açılması barədə razılığa gəliblər.

Xatırladaq ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!