Türkiyə İranla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə İranla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir

Rəsmi

23 Dekabr 2020 16:10 856


Türkiyə İranla sərhədlərində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.

Yenisabah.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, məqsəd qaçaq sərhəd keçmə hallarını sıfra endirməkdir. Hakkari bölgəsində terrorçuların sərhədpozucu fəaliyyəti daha çox müşahidə olunduğundan burada təhlükəsizlik tədbirləri maksimum həddə çatdırılacaq.

Belə ki, Hakkaridə İranla sərhədlərin modulyar beton bəndlərlə tam divarlaşdırılması işlərinə başlanılıb. 43 kilometrlik divarların artıq 11 kilometrlik hissəsi betonlaşdırılıb. Bu sahədə həmçinin texnoloji imkanlardan yararlanılacaq. 24 saat ərzində bütün perimetr boyunca sərhədlər müşahidə altına alınacaq. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!