Superliqa klubu “Ankaragücü”nün idarə heyətinin yığıncağı əlbəyaxa davaya çevirilib.
"Yeni Sabah" xəbər verir ki, klub nümayəndəsi Əli İhsan Mutlu çıxışı edərkən komandanın prezidentini tənqid edib. O, Mehmet Yiginerin klubun borclarını düzgün göstərməməkdə ittiham edib. Bu zaman ayağa qalxaraq Əli İhsan Mutluya etirazını bildirən prezidentin tərəfdarları klub nümayəndəsinə hücum ediblər. Yumruq və təpik zərbələrinə məruz qalan Mutlunu mühafizə xidmətinin işçiləri xilas edərək salondan çıxarıb.
Bir müddət ara sakitləşməsə də, sonda klub yığıncağı davam etdirilib. Pepperoni pizza
Telegram kanalımız