Türkiyə sahillərində tanker dron hücumuna məruz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə sahillərində tanker dron hücumuna məruz qaldı

Dünya

08 Yanvar 2026 18:58 550


Palau bayrağı altında üzən "Elbus" neft tankeri Qara dənizdə dron hücumuna məruz qalıb və Türkiyə sahillərində buksirlənib.

"Yeni Sabah" Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İHA agentliyi məlumat verib.

Məlumata görə, hücum daha əvvəl, gəmi Türkiyənin Kastamonu əyalətindən təxminən 30 dəniz mili (57 km - red.) məsafədə olarkən baş verib. Ehtimal olunur ki, hücum pilotsuz uçuş aparatı (PUA) vasitəsilə həyata keçirilib. Gövdənin yuxarı hissəsi zərbəyə məruz qalıb. Toyuqlu pizza

Kapitan fövqəladə vəziyyət siqnalı göndərib və bundan sonra Türkiyə Sahil Mühafizəsi bölmələri operativ şəkildə hadisə yerinə gediblər.

Ekipaj üzvlərinin xəsarət almadığı bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!