Türkiyə səfirliyi önündə Quranı cırdılar

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə səfirliyi önündə Quranı cırdılar

Maraqlı

19 Avqust 2023 08:38 1013


Türkiyənin Niderlandakı diplomatik nümayəndəliyi qarşısında Qurani-Kərimə qarşı hörmətsizlik edilib. 

Yenisabah.az BBC-yə istinadən xəbər verir ki, Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar Təşkilatının (Pegida) lideri Edvin Vaqensveld cümə günü Türkiyənin Haaqadakı səfirliyi qarşısında Quranı cırıb. 

Niderlandda türk və mərakeş əsilli seçicilərin dəstəklədiyi DENK Partiyası və bəzi türk əsilli İslam təşkilatları etiraz aksiyasına icazə verilməməsi tələbi ilə Haaqa şəhərinin merinə müraciət ediblər.  pizza sifarişi

“Bu, ifadə azadlığı deyil, açıq şəkildə nifrət ifadəsidir”, - partiya bildirib. 

Haaqa şəhərinin meri Yan van Zanen hadisəni dəstəkləmədiyini, lakin ifadə azadlığına görə Quranın cırılmasına icazə verdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!