“Əvvəla, onu deyim ki, Türkiyə tərəfi üçüncü bir ölkənin ərazisində Türkiyə-Ermənistan görüşünün keçirilməsini nəzərdə tutmur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib. O, mətbuatda yayılan Türkiyə-Ermənistan görüşlərinin növbəti raundu barəsində fikirlər səsləndirib. Xatırladaq ki, bu məlumatdan sonra Ermənistan XİN sözçüsü Vaan Unanyan məlumatı təkzib edib.
Öz növbəsində, Q. Hüseynli əlavə edib: “Türkiyə dövləti isə belə görüşlərin ya İrəvanda, ya da Ankarada keçirilməsini məqsədəuyğun hesab edir. Sezar pizza
İkincisi, Türkiyə tərəfi belə hesab edir ki, Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşması Azərbaycan-Ermənistan münasibətlərinin qaydaya düşməsi ilə sinxron aparılmalıdır. Türkiyə hakimiyyəti düşünür ki, son 1 ayda baş verən hadisələr, xüsusilə ermənilərin Azərbaycanın suveren ərazisi olan Qarabağın dağlıq hissəsindəki ərazilərdə silahlı qüvvələr saxlaması və onların çıxarılması barədə dəfələrlə söz verilməsinə baxmayaraq, bunu icrası ya getmir, ya da gedirsə də, aldadıcı təəssürat yaratmaq üçün gedir. Bu səbəbdən də, Ermənistan özünün Azərbaycanla münasibətlərini beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməyə can atmırsa, Türkiyə də Ermənistanla münasibətlərdə lazımı fəallıq göstərməyəcək”.
“Beləliklə, Türkiyə tərəfi prinsipial surətdə Ermənistan tərəfinə başa salır ki, biz birtərəfli qaydada Ermənistanla münasibətləri yaxşılaşdırmaq və qaydaya salmaq fikrində deyilik. Bizim münasibətlərimiz Azərbaycan-Ermənistan münasibətlərinin necə aparılmasından xeyli dərəcədə asılıdır. Ona görə də mən ikinci görüşün necə və nə vaxt olacağı barəsində birmənalı fikir söyləməkdə çətinlik çəkirəm. Hər halda Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşdırılmasına can atmalı və bu can atma avtomatik surətdə Ermənistan-Türkiyə münasibətlərinə təsir göstərə bilər”, - deyə müsahibimiz yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız