Türkiyə vətəndaşlarını Livandan təxliyəsinə hazırlıq görür

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə vətəndaşlarını Livandan təxliyəsinə hazırlıq görür

Dünya

26 Sentyabr 2024 14:20 305


Türkiyə ordusu "Hizbullah" və İsrail arasındakı qarşıdurmalara görə Türkiyə və xarici vətəndaşların Livandan mümkün təxliyəsi üçün hazırlıqlara başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr bildirib.

“Ordumuz vətəndaşlarımızın və əcnəbi vətəndaşların Livandan təhlükəsiz şəkildə təxliyəsi üçün istənilən missiyanı yerinə yetirmək üçün imkan və resurslara malikdir. Dominos pizza

Hazırda Livanda baş verən hadisələr Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə yaxından izlənilir, mümkün təxliyə əməliyyatı çərçivəsində ilkin hazırlıq işləri aparılır”, - qeyd olunub.

O da bildirilib ki, Livana yardım koordinasiyalı şəkildə davam etdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!