Türkiyə yenə silkələndi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə yenə silkələndi

Rəsmi

17 Yanvar 2021 14:34 722


Türkiyənin Elazığ şəhərində yanvarın 17-də Ankara vaxtı ilə saat 12:24-də Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin ocağı 17,14 kilometr dərinlikdə yerləşib.

Ətraf bölgələrdə də hiss olunan yeraltı təkanlar yerli əhalidə böyük təşviş yaradıb. Zəlzələnin təsiri barədə hələlik məlumat yoxdur. Pepperoni pizza

Qeyd edək ki, Elazığ hazırda Anadolunun ən həssas tektonik bölgələrindən biri hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!