Türkiyədə ard-arda 10-dan çox zəlzələ oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə ard-arda 10-dan çox zəlzələ oldu

Dünya

30 Yanvar 2020 10:13 1132


Bu gün Türkiyənin Muğla vilayətində və Marmaris rayonunda ard-arda zəlzələlər baş verib.

"Yeni Sabah" xəbər verir ki,  bu barədə Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.

Məlumata görə, Marmarisdə ilk təkan yerli vaxtla saat 04:28-də qeydə alınıb. Bu təkan Rixter şkalası üzrə 5,4 bal gücündə olub. Bundan 18 dəqiqə sonra 4,4, yerli vaxtla saat 08:12-də 4,3, 08.43-də isə 4,2, daha sonra isə 2,7 və 4,4 bal gücündə zəlzələlər qeydə alınıb.  pizza mizza

Kandilli Rəsədxanası Aralıq dənizi sahillərində ard-arda 10-dan çox təkanlar qeydə alındığını açıqlayıb.

Bir neçə gündür təkanların qeydə alındığı Manisa vilayətinin Akihisar rayonunda da bu səhər 3,7 maqnitudada zəlzələ baş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!