Türkiyədə çörək yenə bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə çörək yenə bahalaşdı

Maraqlı

20 İyul 2023 17:38 1046


Türkiyədə çörəyin qiyməti yenidən bahalaşıb. 

Yenisabah.az xəbər verir ki, türk lirəsinin getdikcə dəyər itirməsi çörəyin qiymətinə təsirsiz ötüşməyib. 

Məlumata görə, paytaxt Ankarada 200 qramlıq çörəyin qiyməti bu gündən etibarən 40% artaraq, 7 lirə (45 qəpik) civarında olub. Van şəhərində isə əvvəllər 4 TL-yə (25 qəpik) satılan 210 qram çörəyin qiyməti isə 6 lirəyə (37 qəpik) qədər yüksəlib. Marqarita pizza

Ankara Çörəkçilər Birliyindən isə bildirilib ki, qiymət artımının bundan sonra da yüksələcəyi istisna edilmir. Qurumdan verilən məlumatda qeyd olunub ki, 40% artım, həmçinin çovdar, qara, kəpəkli və ağ çörəkdə də özünü göstərib. Əvvəllər 8 (50 qəpik) lirəyə satılan çörəyin hazırkı qiyməti 10 TL (63 qəpik) civarında qərarlaşdırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!