Türkiyədə daha bir zəlzələ:   dağıntılar altında qalanlar var

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə daha bir zəlzələ: dağıntılar altında qalanlar var

Dünya

08 Avqust 2019 14:35 1147


Türkiyənin Dənizli vilayətində zəlzələ baş verib.

"Yeni Sabah" bildirir ki, zəlzələ bu gün yerli vaxtla saat 14.19-da (Bakı vaxtı ilə saat 15.19) vilayətin Bozkurt rayonunda qeydə alınıb. Zəlzələ 4,2 bal gücündə olub. Bundan sonra eyni rayonda 6 bal gücündə zəlzələ baş verib.

Ard-arda baş vermiş zəlzələ nəticəsində bəzi yaşayış evləri və obyektlər uçub. Vilayətin Bozkurt rayonunda 6 dəqiqə ara ilə 4.2 və 6 bal gücündə zəlzələ olub.  pizza

Rayonun bələdiyyə sədri Birsen Çəlik hadisə nəticəsində ölənlərin olmadığını, yüngül xəsarət alanların olduğunu bildirib. “İnsan tələfatı olmasa da, dağıntılar altında qalanlar var. Onların xilas edilməsi istiqamətində tədbirlər görülür”, - deyə o əlavə edib.

Vilayət rəsmiləri yeni zəlzələ olması ehtimalına qarşı sakinləri qəzalı vəziyyətdəki binalardan çıxmağa çağırıb.

Qeyd edək ki, səhər saatlarında Dənizliyə yaxın olan İzmir şəhərində də zəlzələ olub. Zəlzələ Antalya, Burdur və İsparta vilayətlərində də hiss edilib.

/APA

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!