Türkiyədə evdə yanğın: ölən və zərərçəkənlər var

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə evdə yanğın: ölən və zərərçəkənlər var

Dünya

10 Yanvar 2026 22:32 706


Türkiyənin Şanlıurfa vilayətinin Bozova rayonunda evdə qaz balonunun partlaması nəticəsində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, daha 4 nəfər zərər çəkib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Qeyd edilir ki, hadisə ilə əlaqədar əraziyə təcili tibbi yardım, yanğınsöndürənlər və polis əməkdaşları göndərilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Dominos pizza

Yanğın zamanı 5 nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər xəstəxanaya çatdırılsalar da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Zəhərlənənlərdən ikisinin vəziyyəti ağırdır.

Partlayışın səbəbi hələ məlum deyil./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!