İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu koronavirusla bağlı diqqətçəkən açıqlama verib.
Yenisabah.az xəbər verir ki, o, virusun ölkəsində yaratdığı vəziyyətdən və görülən tədbirlərdən danışıb: "Virusun yaşı 65-dən yuxarı şəxslərdə daha çox olduğunu deməklə sanki, infeksiyanın sadəcə onlara bulaşdığını göstəririk. Yəni, elə bil ki, yaşlılar vəba xəstəliyinə tutulub. Onlara qarşı bu münasibət düzgün deyil. Sanki, digər vətəndaşlar xəstəlikdən sığortalanıb. Bu yanlışdır”.
İmamoğlu Türkiyədə böyük ajiotaja səbəb olan açıqlamalar verib: “Yalnız yaşı 65-dən yuxarı olan şəxslərə evdə olmaq qadağasının qoyulması o demək deyil ki, bu məhdudiyyət digər vətəndaşlarımıza aid edilməyəcək. Görünən budur ki, bu qərar hamıya şamil ediləcək. Reallıq budur ki, izolyasiya şəraiti aylarla davam edə bilər. Təəssüf ki, insanlar yaxşı havalara görə gəzintiyə çıxırlar. Çinin İstanbuldakı baş konsulunun evi "Belqrad meşəsi”nin yaxınlığında yerləşir. Telefon söhbətimizdə o, mənə üsyan etdi: “Dostum, bunlar nə anlamaz insanlardı? Adamlar parka necə gedirlər? “Belqrad meşələri”ndə insan əlindən maşın saxlamağa yer yoxdur ”. Bu çox qorxulu tendensiyadır. Kef çəkməyin, alış-veriş etməyin vaxt deyil". pizza
Naibə Məmmədova
Telegram kanalımız