Türkiyədə 3 polis həlak oldu -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə 3 polis həlak oldu - YENİLƏNDİ

Dünya

29 Dekabr 2025 12:58 1201


Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı 3 polis əməkdaşı həlak olub.

“Yeni Sabah” xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, 8 polis əməkdaşı və bir mühafizəçi yaralanıb, 6 terrorçu zərərsizləşdirilib pizza sifarişi

***

09:17

Türkiyənin hüquq-mühafizə orqanları ölkənin Yalova vilayətində radikal İŞİD qruplaşmasına qarşı əməliyyat keçirib.

“Yeni Sabah” xəbər verir ki, şübhəlilər silahlı müqavimət göstərərək polis əməkdaşlarına atəş açıblar.

Nəticədə yeddi polis müxtəlif dərəcəli xəsarətlər alıb. Bölgəyə xüsusi təyinatlı bölmələr göndərilib.

Məlumata görə, gecə saatlarında başlayan qarşıdurma bir neçə saat davam edib. Yaralanan polislərin həyatına təhlükə olmadığı, vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!