Türkiyədə son gün ərzində daha 106 nəfər koronavirusdan ölüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir ölkədə son 24 saat ərzində 2861 nəfər koronavirusa yoluxduğunu qeyd edib. Sezar pizza
Fəxrəddin Qoca xəstəliklə bağlı digər statistik məlumatları da bölüşüb: "Ümumilikdə ölkə üzrə yeni virusa yoluxanların sayı 107 min 773 nəfərə çatıb. Bu xəstəlikdən həyatını itirənlərin sayı isə 2706 nəfər olub”.
Telegram kanalımız