Türkiyədə məhkəmə Oktay Kaynarca və Emel Müftüoğlu barəsində qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə məhkəmə Oktay Kaynarca və Emel Müftüoğlu barəsində qərar verdi

Dünya

13 Yanvar 2026 22:58 582


Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq çərçivəsində saxlanılan aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla, 6 nəfər barəsində qərar verilib.

"Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Məhkəmədə ifadələri alınan şübhəlilərdən Oktay Kaynarca və Emel Müftüoğluna ölkədən çıxmamaqla bağlı qadağa qoyulub və hər ikisinə qarşı məhkəmə nəzarəti tədbiri tətbiq edilib. Marqarita pizza

Saxlanılan digər şübhəlilərdən Ali Sert, Rabia Karataş həbs edilərək həbsxanaya göndəriliblər. Neda Şahin və Selen Çetinkaya isə məhkəmə nəzarəti tədbiri tətbiq edilməklə sərbəst buraxılıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!