Türkiyənin Diyarbəkir vilayətinin Liçə rayonunda terrorçularla baş verən atışmada bir hərbçi şəhid olub, daha iki əsgər yaralanıb.
Yenisabah.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumata görə, terrorçularla atışma zamanı üç hərbçi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Lakin xəsarəti ağır olan jandarmanın həyatını xilas etmək mümkün olmayıb.
Bölgəyə əlavə hərbi qüvvələr göndərilib. Hazırda terrorçulara qarşı əməliyyat davam edir. Sezar pizza
Telegram kanalımız