Türkiyədə yenidən 3 günlük küçəyə çıxma qadağası tətbiq ediləcək.
Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.
Prezident bildirib ki, bu dəfə komendant saatı üç gün müddətinə tətbiq olunacaq: "Qadağa mayın 1-i gecə saatlarından başlayacaq və mayın 3-ü bazar günü gecəyə kimi davam edəcək. Bu nüddətdə marketlər saat 09:00-dan 14:00-a kimi fəaliyyət göstərəcək". Toyuqlu pizza
Ərdoğan Ramazan bayramına qədər bu cür qadağaları davam etdirməyi düşündüklərini dilə gətirib.
Telegram kanalımız