Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonu və ətraf bölgələrdə baş verən 7.4 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 912 nəfərdir.
Məsələ ilə bağlı Yenisabah.az-ın əməkdaşı bölgədə yaşayan azərbaycanlıların, habelə tələbələrin son durumunu soruşmaq üçün Türkiyədə – Mersində yaşayan azərbaycanlı professor Xaləddin İbrahimli ilə əlaqə saxlayıb.
O, bu barədə hər hansı bir məlumatının olmadığını qeyd edib: Dördpendirli pizza
“Mənim zərər görən həmyerlilərimizlə bağlı hər hansı bir məlumatım yoxdur. Bildiyim qədər, salamatçılıqdır, amma dağıntılar var. Yarım saat öncə də daha ağır bir zəlzələ oldu. Hazırda insanlar evlərini itirib, bayırdadırlar. Çox ağır bir zəlzələ baş verdi və bu, çox təsir etdi”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız