Türkiyədə qar uçqunu altında qalan 8 nəfər ölüb.
"Yeni Sabah" “Hürriyet”ə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.
“İndiyə qədər 3-ü mühafizəçi, 3-ü mütəxəssis çavuş, biri gizir, biri də mülki vətəndaşımız olmaqla 8 nəfər uçqunun altında qalaraq ölüblər”, - nazir deyib. pizza hut
Onun sözlərinə görə, uçqun nəticəsində qarın altında qalan şəxslərin xilasetmə işləri zamanı ikinci qar uçqunu olub.
Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxan hadisə yerinə gedib. İkinci uçqun nəticəsində baş müşavir də qarın altında qalıb. O, yaralı vəziyyətdə xilas edilib və xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, hadisə Van-Bağçasaray yolunun 33 kilometrliyində baş verib. Qar sərnişinlə dolu olan mikroavtobusun üzərinə uçub. Nəticədə 50-dən çox adam uçqun altında qalıb.
Telegram kanalımız