Türkiyədən ən çox mənzil alanlanların siyahısı açıqlandı - Azərbaycanlılar da aparıcı yer tutur

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədən ən çox mənzil alanlanların siyahısı açıqlandı - Azərbaycanlılar da aparıcı yer tutur

Dünya

20 Yanvar 2020 09:34 1828


Türkiyə 2019-cu ilin mənzil bazarına aid statistikanı açıqlayıb. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə “HaberGlobal” Türkiyə Statistika Qurumuna (TÜİK) istinadən rəqəbləri yayıb.   

Statistikada bildirilib ki, Türkiyədə ən çox mənzil alan ölkələr İraq, İran, Rusiya və Əfqanistan olub. İraq vətəndaşları qardaş ölkədən 7 596 mənzil alıb. İkinci pilləni İran, üçüncü pilləni isə Rusiya vətəndaşları tutub. pizza hut

Həmçinin qeyd olunub ki, əcnəbi vətəndaşlara satılan mənzillərin miqdarı ötən illə müqayisədə, 14.7 faiz artıb. Onlar Türkiyənin ən çox İstanbul, Antalya, Ankara və Bursadan mənzil sahibi olublar.

Türkiyənin mənzil bazarına, həmçinin, Azərbaycan vətəndaşları da maraq göstərib. Azərbaycan vətəndaşları 2019-cu ildə Türkiyədən 1191 mənzil almaqla sözügedən göstəricidə 11-ci olub.

Sizə həmin statistikanı təqdim edirik:

 

Sabrina Eldarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!