Türkiyədən XƏBƏRDARLIQ: “Savaşının təsiri on illərlə davam edəcək“

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədən XƏBƏRDARLIQ: “Savaşının təsiri on illərlə davam edəcək“

Siyasət

13 May 2022 11:18 159


“Ukraynadakı böhran bütün səylərimizə rəğmən, dərinləşməkdə davam edir. Qarşılıqlı səhv addımların, mənfəətlərin uzunmüddətli perspektivdə ciddi itkilərə səbəb olacağı barədə xəbərdarlıq edirik”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın yerli mətbuata müsahibəsində deyib.

O bildirib ki, müharibə yolu ilə yeni nizam yaratmaq cəhdləri strateji səhvdir: "Bu, hər kəsə baha başa gələr. Müharibənin davam etməsini istəyənlər yaxın gələcəkdə hansısa mənfəət əldə edə bilərlər. Amma bu, uzunmüddətli perspektiv üçün ciddi itkilər deməkdir. Müharibəni uzatmaq qlobal böhranı dərinləşdirər. Tarixdən və coğrafiyadan xəbərdar olmaq, bunu demək üçün kifayətdir. 1990-cı ildə başa çatan soyuq müharibə nəticəsində yaranmayan yeni nizamı Ukrayna müharibəsi ilə formalaşdırmaq mümkün deyil. Ukrayna savaşının təsirləri on illərlə davam edəcək. Toqquşmalar qarşıdakı həftələrdə, ya da aylarda başa çatsa da, müharibə fərqli səviyyələrdə davam edəcək”.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!