Türkiyəli atıcı Yusuf Dikeç ilə müsahibənin qiyməti təəccübləndirdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli atıcı Yusuf Dikeç ilə müsahibənin qiyməti təəccübləndirdi

İdman

10 Yanvar 2025 22:10 519


"Paris-2024 Yay Olimpiya Oyunlarında atıcılıq yarışlarında hədəfi əli cibində nişan alaraq məşhurlaşan türk atıcı Yusuf Dikeç müsahibə üçün 30 min avro tələb edib".

Oxu.Az-ın xəbərinə görə, bu barədə Fransanın "L"equipe" qəzeti yazıb.

"Yusuf çox məşğuldur, artıq 2028-ci il Oyunlarına hazırlaşır. Təbii ki, orada qızıl üçün mübarizə aparacaq. Müsahibə vermək ona maraqlı deyil", - Dikeçin nümayəndəsi Mehmet Ali Akgül bildirib. Sezar pizza

Həmçinin 52 yaşlı türkdən müsahibə almaq istəyən hər kəs bir sıra şərtləri yerinə yetirməli olacaq: yalnız idman haqqında danışmaq, müsahibəni dərc etməmişdən əvvəl təkrar oxumaq və fotosunu paylaşmaq hüququnu idmançıya həvalə etmək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!