Türkiyəli kinq-boksçu qətl törətdi: sevgilisinə görə

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli kinq-boksçu qətl törətdi: sevgilisinə görə

Rəsmi

08 Sentyabr 2019 16:57 1255


Türkiyə milli komandasının üzvü, kinq-boksçu Bərkə Şahin dünən gecə saatlarında Ömər Özdəmir adlı şəxsi bıçalayaraq qətlə yetirib. 

“Yeni Sabah” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib. Kinq-boksçu sevgilisi ilə yaxın dostunun ad gününü qeyd etmək üçün əyləncə məkanına gedib. Çıxışda motosikletlə yoldan keçən 2 nəfərin sevgilisinə söz atdığını düşünərək mübahisə etməyə başlayan Bərkə Şahin onları döyüb. Motosikletlilər hadisə yerindən qaçıb. Amma kinq-boksçu doslarının motosikleti ilə onların arxasınca düşüb. 

Xəbərdə bildirilib ki, bu zaman qaçan motosikletdə olan Ömər Özdəmir düşüb piyada getmək istəyib. Bərkə Şahin onu yaxalayıb və yenidən döyməyə başlayıb. Bununla da kifayətlənməyən kinq-boksçu 24 yaşlı gənci bıçaqlayıb və hadisə yerindən uzaqlaşıb. pizza hut

Gənc oğlan xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisəni törədən Bərkə Şahin artıq polis tərəfindən saxlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!