Türkiyəli mütəxəssis Azərbaycan millisini çalışdıra bilər - Daha bir namizəd

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli mütəxəssis Azərbaycan millisini çalışdıra bilər - Daha bir namizəd

İdman

18 Dekabr 2019 09:43 1129


Bir neçə gün əvvə xorvatiyalı mütəxəssis Nikola Yurçeviçin tərk etdiyi futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postu üçün daha bir namizəd ortaya çıxıb.

“Yeni Sabah” “Hürriyet”ə istinadən xəbər verir ki, bu, türkiyəli mütəxəssis Engin Fıratdır.

Mənbədə bildirilir ki, 49 yaşlı mütəxəssis Azərbaycan yığmasını çalışdıra bilər. Xəbərdə, AFFA rəhbərliyinin Fıratla görüşəcəyi bildirilib. Pepperoni pizza

Qeyd edək ki, bir müddət əvvəl Moldova yığmasına müvəqqəti baş məşqçi təyin olunan Engin Fıratla hələ rəsmi müqavilə imzalanmayıb. Lakin 49 yaşlı mütəxəssisin Moldova Futbol Federasiyası ilə şifahi olaraq razılığa gəldiyi deyilir.

Maraq üçün bildirək ki, hazırda Azərbaycan millisində baş məşqçi postuna ən real namizədlərdən biri 2014-2017-ci illərdə yığmamızı çalışdırmış xorvat məşqçi  Robert Prosineçkidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!