Futbol üzrə Moldova milli komandasına yeni baş məşqçi təyin olub.
“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Mənbədə bildirilirki, bu posta türkiyəli məşqçi Engin Fırat gətirilib. 49 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb. pizza hut
Qeyd olunub ki, Moldova yığmasını AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Fransa (14 noyabr) və İslandiya (17 noyabr) ilə oyunlara məhz Fırat çıxaracaq.
Qeyd edək ki, vaxtilə “Frankfurt” (Ayntraxt), “Fənərbaxça” kimi klublarda köməkçi işləmiş E. Fırat “Ahlen”, “İnçeon Yunayted”, “Kayseri Ərciyəsspor”, “Sepahan”, “Göstəriş”, “Saypa”, “Kardemir Karabükspor”, “Dallas Siti” klublarına baş məşqçilik edib.

Telegram kanalımız